«Gənclərin Dostluq Şəbəkəsi» İctimai Birliyi | 2022-2023
Qasımov Ramiz Vaqif
Ramiz Qasımov 1975-ci il fevralın 17-də anadan olub.
2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutulmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab tədbirləri görməsi nəticəsində Ermənistan Ordusunun hücum cəhdinin qarşısı alınmışdır və Ermənistan Ordusu geri oturdurulmuşdur. İyunun 12-dən 13-nə ötən gecədə Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gərgin döyüşlər davam eləmişdir. 3-cü Ordu Korpusunun və Azərbaycan Hərbi Hava Qüvvələrinin qatıldığı hərbi toqquşmalarda artilleriya və minaatanların, həmçinin döyüş vertolyotlarının tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin atəşi ilə Ermənistan Ordusunun, artilleriya qurğuları və canlı qüvvələri məhv edilmişdir. Ermənistan Ordusunun dayaq məntəqələrinə və canlı qüvvələrinə endirilən zərbələr, məhz Ramiz Qasımovun idarə elədiyi "Mi-17" döyüş vertolyotu tərəfindən endirilmişdir.
Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı olan Ramiz Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı "SPAYK" uzunmənzilli raketlərilə silahlanan "Mi-17" vertolyotunun heyətində Madagiz və Talış istiqamətlərində Ermənistan Ordusunun hərbi hədəflərini məhv edib. Sentyabrın 27-də səhər saatlarında Ermənistan Ordusunun hərbi hədəflərini məhv edəndən sonra aviabazaya geri qayıdan zaman Ramiz Qasımov və 2 heyət üzvünün olduğu "Mil Mi-17" vertolyotu Tərtər rayonu istiqamətində erməni tərəfinin hədəfi oldu. Ramiz Qasımov dərhal 2 nəfər heyət üzvünə tullanmağı əmr elədi. Özü isə surətlə hündürlüyünü itirən vertolyotu Tərtər rayonu ərazisində yaşayış məntəqələrinin üzərinə düşməməsi üçün əlverişli yerdə endirməyə çalışdı. Nəticədə Mil Mi-17 vertolyotu Tərtər rayonu ərazisində boş sahəyə düşdü. Kifayət qədər vaxt itirdiyi üçün isə Ramiz Qasımov ağır yaraldı. Dərhal hospitala aparılan Ramiz Qasımov 25 gün Koma vəziyyətində qalandan sonra oktyabrın 22-də şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramiz Qasımova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramiz Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramiz Qasımov ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Doğum Günü - 17.02.1975
Anım Günü - 22.10.2020