Həsənov Saleh | Azərbaycan Qəhrəmanları
About Images

Həsənov Saleh Valeh

Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olub. 

Azərbaycan Ordusunun mayoru olan Saleh Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Həsənova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.


Doğum Günü - 20.05.2024